• cümə, 19 Aprel, 19:49
  • Baku Bakı 24°C

Azərbaycanda on ay ərzində bir sıra mühüm obyektlər istifadəyə verilib

27.11.16 23:41 795
Azərbaycanda on ay ərzində bir sıra mühüm obyektlər istifadəyə verilib
Bu ilin yanvar-oktyabr ayları ərzində paytaxtda iri qabaritli transformatorlar, gips və oksigen zavodlarının, Bakı Metropoliteninin "Avtovağzal” və "Memar Əcəmi-2” stansiyalarının, Gəncə şəhərində "Nizami” elektrik yarımstansiyasının, Sumqayıtda şahmat məktəbinın, Ağstafada "Modern” mebel fabrikinin, "Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi və musiqi mərkəzinin, Xaçmaz rayonunda Yalama Aqroparkının, İsmayıllıda "İSMA BİKES” velosiped istehsalı zavodunun tikintisi başa çatdırılıb.
Bundan əlavə, "İsmayıllı-2” Su Elektrik Stansiyası, Qazaxda "Daş Salahlı” yarımstansiyası, tərəvəz saxlamaq üçün anbar, Qəbələ rayonunda "Qafqaz Tufandag Mountain Resort” hoteli, Salyanda Kür çayı üzərində körpü, Tovuzda su anbarı, həmçinin ölkə üzrə 3420 yerlik 15 ümumtəhsil məktəb binası, 2027 yerlik 21 məktəbəqədər təhsil müəssisəsi, 700 yerlik 5 klub və s. obyektlər istifadəyə verilib.
banner

Oxşar Xəbərlər