AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi tikiləcək

Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi tikiləcək

İdman
19 Aprel 2013, 16:37 3981
Prezident İlham Əliyev Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə, Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.