AZE | RUS | ENG |

Azərbaycanda neft-qaz hasilatı artıb

Azərbaycanda neft-qaz hasilatı artıb
Azərbaycanda neft hasilatı 0,7 faiz, əmtəəlik qaz istehsalı isə 2,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-sentyabr aylarında 35,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,7 faiz artıb.

Sənaye məhsulunun 73,1 faizi mədənçıxarma sektorunda, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft istehsalı 0,7 faiz, əmtəəlik qaz hasilatı 2,4 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz çoxalıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000