• şənbə, 20 Aprel, 18:58
  • Baku Bakı 24°C

Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir

26.10.18 12:38 504
Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir
Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun işçi sessiyalarından birinin də multikulturalizm mövzusuna həsr edilməsi olduqca təqdirəlayiqdir. Belə nüfuzlu tədbirlərin dünyada multikulturalizm dəyərlərinin təbliğində böyük rolu var. Hər kəs başqasının dini inancına, dilinə, aid olduğu etnik qrupa hörmətlə yanaşmalı, insanlar öz seçimlərinə görə qorxu içində yaşamamalıdırlar. Multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir. Forumda bu kimi məsələlərin müzakirə edilməsi böyük əhəmiyyətə malikdir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Hindistanın "Art of Living" Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar deyib.
Hindistanlı qonaq qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir. Bu, çox sevindiricidir. O, multikulturalizmin və tolerantlığın geniş təbliğinə bu cür əhəmiyyət verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər