• cümə axşamı, 28 mart, 23:33
  • Baku Bakı 13°C

Azərbaycanda müğənnini öldürdülər

12.07.13 12:39 2081
Azərbaycanda müğənnini öldürdülər
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı ötən gecə BMW servisin qarşısında qətlə yetirilən şəxsin Tərtər sakini, 26 yaşlı Samir Mustafayev olduğu müəyyənləşib. Onun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Polisdən bildirilib ki, S. Mustafayev müğənni olub, 2012-ci ildə keçirilən “Univision” mahnı müsabiqəsində də iştirak edib.
Polisdən artıq qətli törədən şəxsin kimliyinin müəyyənləşdiyi də deyilib. Hazırda həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.
İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.
banner

Oxşar Xəbərlər