• cümə, 29 Mart, 19:00
  • Baku Bakı 14°C

Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

16.09.21 17:40 233
Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, "mü" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:
"COVID-19-un "mü" ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".
banner

Oxşar Xəbərlər