• cümə axşamı, 28 mart, 17:47
  • Baku Bakı 16°C

Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb

08.08.20 14:07 666
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərərncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
banner

Oxşar Xəbərlər