Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək
Dekabrın 22-də
Qlobal Kariyera İnstitutunun təşkilatçılığı,
"Study in Azerbaijan" şirkətinin və Azərbaycan Universitetlər
Konsorsiyumunun dəstəyi ilə Milli Təhsil
Forumu keçiriləcək. Forum Odlar Yurdu Universitetində baş tutacaq.
Dünya
təhsil sistemində yaşanan yeniliklər, müasir informasiya texnologiyalarının tətbiqi,
xarici təcrübənin öyrənilməsi, Azərbaycanda bu istiqamətdə aparılan islahatlar,
inkişaf tendensiyası baş tutacaq Forumun əsas müzakirə mövzuları olacaq.
Qlobal Kariyera İnstitutu və Girnə Amerikan
Universiteti Multikultural Departamentinin direktoru Orxan Həsənoğlunun verdiyi məlumata görə təhsil sahəsində böyük təcrübəyə
malik tanınmış ekspertlərin, ziyalıların spikerliyi ilə gerçəkləşəcək Forum
yeni fikir və ideyaların yaranma platforumu kimi nəzərdə tutulub. Bununla
yanaşı, Azərbaycanda təhsilə göstərilən dövlət qayğısı nəticəsində əldə olunan
uğurların müxtəlif aspektlərdən təqdimatı da tədbirin əsas mahiyyətini təşkil
edəcək.
Forumun
spikerləri arasında professor Şahlar Əsgərov,
Əməkdar müəllim, professor Asif
Cahangirov, pedaqoji elmlər doktoru, professor Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Hədəf STEM Liseyinin
direktoru, dosent Şəmil Sadiq, təhsil
üzrə ekspert Nadir İsrafilov,
şair-sosioloq, professor Əhməd Qəşəmoğlu,
iqtisad elmləri doktoru, professor Saleh
Məmmədov və digər elm xadimlərinin mühazirələri dinləniləcək.