• cümə, 29 Mart, 01:36
  • Baku Bakı 7°C

Azərbaycanda “milli”, “milliyət” anlayışları “etnik” və “etnik mənsubiyyət” anlayışları ilə əvəz olunur

11.04.17 12:20 12854
Azərbaycanda “milli”, “milliyət” anlayışları “etnik” və “etnik mənsubiyyət” anlayışları  ilə əvəz olunur
Azərbaycanda mövcud qərarlarda və aktlarda "milli”, "milliyət” anlayışları müvafiq olaraq "etnik” və "etnik mənsubiyyət” anlayışları ilə əvəz olunur.
APA-nın məlumatına görə, bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədardır.
Bununla əlaqədarNazirlər Kabineti"Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”, "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”, "Uşaq evləri sosial xidmətmüəssisələrininNümunəvi Nizamnaməsi”, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, "Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”, "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”, "Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” və digər qərarlarında müvafiq dəyişikliklər edib.
banner

Oxşar Xəbərlər