• çərşənbə axşamı, 23 aprel, 12:15
  • Baku Bakı 24°C

Azərbaycanda Milli Ödәniş Sistemi vasitəsilə hәyata keçirilәn ödәnişlәrin sayı artıb

06.01.20 12:45 1222
Azərbaycanda Milli Ödәniş Sistemi vasitəsilə hәyata keçirilәn ödәnişlәrin sayı artıb
Ödәniş sistemlәrinin sabit, fasilәsiz, tәhlükәsiz fәaliyyәti vә inkişafı 2019-cu ildәdә Mәrkәzi Bankın mühüm fәaliyyәt istiqamәtlәrindәn olub.
Bankdan Trend-ə verilən məlumata görə, Milli Ödәniş Sistemi (MÖS) vasitәsilә 2019-cu ilin 11 ayında hәyata keçirilәn ödәnişlәrin sayı 41% artıb, ödәnişlәrin hәcmi ÜDM-in 3.3 mislini tәşkil edib.
Büdcә ödәnişlәri vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılmış "Hökumәt Ödәniş Portalı”nın (HÖP) imkanlarının genişlәndirilmәsi davam etdirilib. Hazırda bu infrastruktura 12 mәrkәzi icra hakimiyyәti orqanı, 4 kommunal xidmәti müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 106 mәhkәmә orqanı,18 sığorta şirkәti, 1438 bәlәdiyyә orqanı vә digәr sosial әhәmiyyәtli qurumlar inteqrasiya olunub. Bu gün HÖP-ә inteqrasiya olunmuş qurumlar üzrә 550-dәn çox xidmәt üzrә ödәnişlәrin toplanılması tәmin olunur. Bu xidmәtlәr üzrә ödәnişlәr 30 bank vә "Azәrpoçt” MMC-nin 2500-dәn çox 8 filial vә şöbәlәrindә, 1300-ә yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr.
Cari ildә portalda emal olunan әmәliyyatların sayı 24%, hәcmi isә 27% artıb.
Hesabat dövründә "2018-2020-ci illәrdә Azәrbaycan Respublikasında rәqәmsal ödәnişlәrin genişlәndirilmәsi üzrә Dövlәt Proqramı”nın icrası çәrçivәsindә ölkәdә rәqәmsal ödәnişlәrdәn istifadәnin әhatә dairәsinin genişlәndirilmәsi mәqsәdi ilә 24/7/365 rejimli "Ani ödәnişlәr sistemi”nin yaradılması, ISO20022 standartlarının tәtbiqi, rәqәmsal identifikasiya sisteminin Blokçeyn platformasında qurulması layihәlәri üzrә işlәr davam etdirilib. Proqram çәrçivәsindә Tәhsil Nazirliyi ilә birgә ölkәdә ilk dәfә gәnc nәslin maliyyә davranışlarını radikal dәyişdirmәyә imkan verәcәk vә özündә hәm tәlәbә bileti, hәm dә ödәniş funksiyalarını birlәşdirәn "Azәrbaycan Tәlәbә Kartı”nın verilmәsinә başlanılıb. Nәqliyyat sektorunda rәqәmsal ödәnişlәrin tәtbiqi imkanları tәhlil edilәrәk müvafiq qurumlara tәkliflәr ünvanlanıb.
Rәqәmsal ödәnişlәrә marağın artırılması üçün lotereya vә çoxsaylı maariflәndirici kampaniyalar tәşkil edilib.
banner

Oxşar Xəbərlər