• cümə, 29 Mart, 16:13
  • Baku Bakı 14°C

Azərbaycanda milli aviasiya korporasiyası yaradıla bilər

03.12.16 11:14 958
Azərbaycanda milli aviasiya korporasiyası yaradıla bilər
Azərbaycanda milli aviasiya korporasiyası yaradıla bilər. "APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın "Trud" qəzeti yazır.
Nəşr bildirir ki, artıq bununla bağlı ölkə rəhbərliyinə müvafiq plan təqdim olunub. "Yaradılacaq korporasiya Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının analoqu olacaq. Korporasiyanın qarşısında perspektivli aviasiya texnikasının istehsalı məqsədi qoyulacaq", - deyə qəzet yazır.
Qəzet iddia edir ki, məhz bu səbəbdən "Antonov" aviakorporasiyasının sabiq baş konstruktoru Dmitri Kivaya Azərbaycanda iş təklif olunub: "74 yaşlı Kivanın bu cür təcrübəsi var. 2015-ci ilədək o konstruktor bürosu və aviakorporasiyaya rəhbərlik edib".
Qəzetə açıqlamasında Azərbaycanda olan D. Kiva bildirib ki, ölkəmizdə aviasiya sənayesinin inkişafına töhfə verməkdə israrlıdır: "Azərbaycan öz aviasiya tikintisini qurmaqda qərarlıdır. Mən bunu hiss etdim və inanıram ki, hər şey müsbət nəticələnəcək. Əlimizdən gələni edəcəyik".
Sonuncu "Əlimizdən gələni edəcəyik" ifadəsinə istinadən "Trud" yazır ki, D. Kiva Bakıya tək deyil, komandası ilə gəlib.
banner

Oxşar Xəbərlər