Azərbaycanda metanol istehsalı artır

Azərbaycanda metanol istehsalı artır

İqtisadiyyat
15 İyul 2019, 09:51 14607
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) metanol zavodunda ilin sonunadək 350 min ton metanol istehsalı planlaşdırılır.
Bu barədə Trend-ə ARDNŞ-dən məlumat verilib.
Şirkətdən bildirilib ki, keçən il təxminən 230 min ton metanol istehsal olunub və proqnozlara əsasən bu rəqəmlər hər il artacaq.
Xatırladaq ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə zavod olan "SOCAR Metanol" məhsul satışına 2014-cü ilin yanvarından başlayıb. İllik maksimal istehsal gücü 650-700 min tondur.
Zavodun dəyəri 520 milyon dollar səviyyəsində qiymətləndirilir.