• cümə axşamı, 28 mart, 22:11
  • Baku Bakı 13°C

Azərbaycanda məhkum qadın həbsxanada uşaq dünyaya gətirib

28.09.16 14:55 790
Azərbaycanda məhkum qadın həbsxanada uşaq dünyaya gətirib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Cəfərova bildirib ki, iki il öncə həbs edilərkən hamilə olub.

O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib: "Qızım 1 yaş 8 aylıqdır. Sizdən xahiş edirəm ki, vəziyyətimi nəzərə alaraq, körpənin qayğısına qalmaq üçün məni həbsdən azad edəsiniz".

Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib.

Xatırladaq ki, E. Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər