• cümə axşamı, 28 mart, 13:54
  • Baku Bakı 16°C

Azərbaycanda maşın kanala düşdü, bir ailənin 4 üzvü boğuldu

28.10.13 08:26 1072
Azərbaycanda maşın kanala düşdü, bir ailənin 4 üzvü boğuldu
APA-nın Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan Əhmədov Afiq Asif oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik maşını Ağcabədi rayonunun Mehrablı kəndi yaxınlığında su kanalına düşüb.
Nəticədə maşında olan 5 nəfərdən dördü – sürücü, onun həyat yoldaşı Əhmədova Lətafət Eliş qızı, sürücünün anası Əhmədova Qönçə Əhmədalı qızı və xalası Quliyeva Səriyyə Əhmədalı qızı kanalda boğularaq ölüb.
Maşında olan digər şəxs - sürücünün xalası oğlu Əhmədov Rəşid Əyyub oğlu xilas ola bilib.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.
banner

Oxşar Xəbərlər