• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

Azərbaycanda maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var

02.09.13 07:51 1312
Azərbaycanda maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var
APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nəticədə sürücü və iki sərnişin, müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən yanğın bölmələri çatana kimi Şamaxı rayonu mərkəzi xəstəxanasına aparılıblar.
Sərnişinlərdən biri, 1960-cı il təvəllüdlü Əzizov Fikrət Nazim oğlunun dərəyə düşmüş cəsədi isə xilasedicilər tərəfindən çıxarılıb.
APA-nın yerli bürosu qəza baş verən maşının Əzizov Fikrət Nazim oğluna məxsus 90-CH-881 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik avtomobili olması barədə xəbər verib.
Məlumata görə, hadisə nəticəsində "Kommunist" qəzetinin redaktoru Fikrət Əzizov dünyasını dəyişib. Avtomobil qəzası zamanı maşında olan "Açıq Səma" qəzetinin redaktoru, 1962-ci il təvəllüdlü Cahan Vəliyeva, “Xalq Mədəniyyəti" jurnalının redaktoru, 1962-ci il təvəllüdlü Tehran Salahova və 1959-cu il təvəllüdlü İlhamə Atakişiyeva müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkənlər yerli sakinlərin köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıblar.
Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər