• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Azərbaycanda maşın ağaca çırpıldı, ölənlər var

06.08.13 12:17 1152
Azərbaycanda maşın ağaca çırpıldı, ölənlər var
APA-nın şimal bürosunun məlumatına görə, hadisə Quba-Qusar yolunun 2-ci km-də, Dağlı kəndi ərazisində qeydə alınıb.
Qusar şəhər sakini, 1986-cı il təvəllüdlü Hüseynov Ramin Muxtar oğlunun idarə etdiyi 90 RB 238 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Sürücü hadisə yerində keçinib, sərnişin, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehdiyev Elbrus Əlövsət oğlu isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu da xilas etmək mümkün olmayıb.
Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər