• şənbə, 20 Aprel, 14:18
  • Baku Bakı 23°C

Azərbaycanda leysan olacaq, dolu düşəcək - PROQNOZ

15.06.18 16:35 856
Azərbaycanda leysan olacaq, dolu düşəcək - PROQNOZ
İyunun 16-da Bakıda və Abşeron yarımadasındahava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya DepartamentindənLent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Temperatur gecə 18-20° isti, gündüz 26-31° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti olacaq.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx da cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,havanın axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ - Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər,Ağdam,Füzuli,Cəbrayıl rayonlarındahavaəsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahavaəsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındahavaəsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
banner

Oxşar Xəbərlər