• cümə, 29 Mart, 06:01
  • Baku Bakı 5°C

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə kompensasiya ödənişləri bu ilin sonunadək tamamlanacaq

19.10.20 15:36 648
Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə kompensasiya ödənişləri bu ilin sonunadək tamamlanacaq

Azərbaycanda ləğv olunan 4 bankın ("AGBank", "NBCBank", "Amrahbank" və "Atabank") əmanətçilərinə kompensasiya ödənişləri bu ilin sonunadək tamamlanacaq.
Bunu "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, həmin məbləğdən bu günə təxminən 544 mln. manatı ödənilib, qalan 132 mln. manatının da ödənilməsinin qısa zamanda tamamlanacağı planlaşdırılır.
"Bununla bağlı bütün maliyyə problemləri həll olunub. Fondun özünün vəsaiti, həmçinin Mərkəzi Bankdan cəlb olunan kreditlər hesabına bu məbləğ çox qısa zamanda kompensasiya olunacaq və vətəndaşlar sığortalanmış vəsaitlərini geri alacaq. Bu günə 23 231 nəfərə ödəniş edilib. Kompensasiya alacaq şəxslərin ümumi sayı isə 74 min nəfərdir", - deyə T. Piriyev qeyd edib.
Fondun rəhbərinin sözlərinə görə, banklar bağlanan anda ADIF-in öz vəsaiti təxminən 208 mln. manat təşkil edirdi.
"Bu günədək Mərkəzi Bankdan 280 mln. manat kredit alınıb. Yerdə qalan vəsaiti öz hesabımıza kompensasiya etmişik. Təxmini olaraq əvvəlcədən planlaşdırmışdıq ki, 480 mln. manat borc alaq, lakin proseslərin gedişi onu göstərir ki, biz o məbləğin tam hissəsini almayacağıq, əhəmiyyətli dərəcədə daha az məbləğ götürəcəyik", - deyə T. Piriyev qeyd edib.
ADIF-in rəsmisi əlavə edib ki, bununla yanaşı, Fond həmçinin, ləğv edici funksiyanı da yerinə yetirir. Belə ki, bağlanan 4 bankda kreditlərin yığımı prosesi aparılır: "Bankların müflis olmasını nəzərə alaraq, işçilərin kütləvi ixtisara yol verilməməsi üçün əlimizdən gələni etdik. İşçilərin digər yerlərə yerləşdirilməsinə, başqa yerdə iş tapmasında da Fond olaraq əlimizdən gələn köməkliyi edirik".
banner

Oxşar Xəbərlər