• cümə, 29 Mart, 08:57
  • Baku Bakı 5°C

Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb

20.05.19 10:30 485
Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda711,7mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
"Report”unDövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə2,1%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi9,4%artaraq101,6mln. manat təşkil edib.
Ötən dörd ay ərzində Azərbaycanda8 197,3mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə4,4%çoxdur.
Elektrik enerjisinin434,5mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə16,4%azdır.
Enerji istehsalının7 435,2mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə5,9%çoxdur.
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda40,5mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə7,5dəfə çoxdur.
Bu ilin dörd ayı ərzində ölkədə7,5mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da2018-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə33,6%azdır.
banner

Oxşar Xəbərlər