• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

Azərbaycanda korrupsiya ilə bağlı "qaynar xətt"ə daxil olan müraciətlərin sayı açıqlanıb

16.01.17 12:50 770
Azərbaycanda korrupsiya ilə bağlı "qaynar xətt"ə daxil olan müraciətlərin sayı açıqlanıb
Azərbaycanda korrupsiya ilə bağlı qaynar xəttə daxil olan müraciətlərin sayı açıqlanıb.
APA-nın məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il Baş İdarənin "161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.
Qeyd edilib ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə olunması "Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olub.
banner

Oxşar Xəbərlər