• cümə, 29 Mart, 18:40
  • Baku Bakı 14°C

Azərbaycanda koronavirusa yoluxma tempinin yüksək olduğu ərazilər

29.05.20 20:20 1230
Azərbaycanda koronavirusa yoluxma tempinin yüksək olduğu ərazilər
"Ümumi yoluxma hallarının 47 faizi Bakıda aşkarlanıb. Bununla yanaşı, yoluxma hallarının 13,6 faizi Gəncə-Qazax bölgəsində, 11,1 faizi Aran bölgəsində, 9,2 faizi Abşeronda, 8,6 faizi Lənkəranda qeydə alınıb. Digər bölgələrdə isə bu göstərici 5,4 faizdən azdır.
İndiyədək yoluxma hallarının yüksək olduğu rayonlar var. Paytaxtda yoluxma faktlarının çoxluğu təmas hallarının çoxluğu ilə əlaqədardır. İndiyədək Gəncədə 481, Sumqayıtda 250, Abşeronda 209, Masallıda 47, Goranboyda 30, Qəbələdə 47, Xaçmazda 31, Beyləqanda 29, İsmayıllıda 32, Astarada 27, Neftçalada 55 yoluxma faktı qeydə alınıb. Həmçinin Salyanda 114, Cəlilabadda 101, Yevlaxda 1099, Kürdəmirdə 82 yoluxma halı aşkarlanıb. Bəzi rayonların kəndləri xüsusi fərqlənir. Belə ki, Masallı rayonunun Əlişanlı, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndlərində 12, Beyləqan rayonunun Şahsevən kəndində 5, Kürdəmir rayonunun Sığırlı kəndində isə 31 yoluxma faktı qeydə alınıb. Həmin rayonların sakinlərini karantin rejiminin qaydalarına ciddi nəzarət etməyə dəvət edirik”.
AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
"Paytaxtın rayonlarına gəlincə, yoluxma hallarının 14,5 faizi Yasamaldadır. Bundan əlavə, yoluxma faktlarının 13,5 faizi Sabunçuda, 13 faizi Nəsimidə, 11,1 faizi Binəqədidə, 10,5 faizi Nərimanovda, 10 faizi Xətai rayonunda, 7,4 faizi Qaradağda, 6,9 faizi Suraxanı, 5,9 faizi Nizami rayonunda qeydə alınıb. Digər rayonlarda isə yoluxma halları 3 faizdən azdır.
Günlər üzrə ümumi testlərdə müsbət test nəticələrin payı 4,7 faizdir”, - deyə R.Bayramlı diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər