AZE | RUS | ENG |

Azərbaycanda KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişir

Azərbaycanda KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişir
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihəyə əsasən, 21-ci (Kütləvi informasiya vasitələrinə sponsorluq) maddənin birinci hissəsinin ikinci cümləsi dəyişdirilərək belə verilir: "Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
 
Cümlənin hazırda qüvvədə olan variantı isə belədir: "Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir”. Maddənin beşinci hissəsi isə dəyişdirilərək belə verilir: "Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur”.
 
Hissənin hazırda qüvvədə olan variantı isə belədir: "Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər”.
 

Eyni zamanda maddəyə aşağıdakı hissə əlavə edilir: "Sponsor reklamı "Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır.
Layihəyə əsasən qanunun 45-ci (Təkzib, cavab və düzəliş verilməsi qaydası) maddəsinə aşağıdakı hissə əlavə edilir: "Haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur”.
 
İclasda ekspert qismində APA Holdingin prezidenti Vüsalə Mahirqızı iştirak edib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000