• cümə, 19 Aprel, 11:48
  • Baku Bakı 13°C

Azərbaycanda kitab mağazası partladı, xəsarət alan var

23.11.13 11:27 1159
Azərbaycanda kitab mağazası partladı, xəsarət alan var
Zaqatalada kitab mağazasında partlayış olub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, partlayış bu gün səhər saatlarında Zaqatala şəhəri, Vidadi küçəsində, İbrahimov Ömər İbadullah oğluna məxsus kitab satışı mağazasında baş verib.
Ö. İbrahimov səhər işə gəlib mağazaya daxil olduqdan sonra alışqanla siqaret yandırmaq istəyib. Bu vaxt güclü partlayış baş verib. Partlayışın gücündən mağazanın pəncərələri və qapısı dağılıb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ö. İbrahimov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Ö. İbrahimov partlayış nəticəsində sifətindən və hər iki əlindən texniki yanıq xəsarəti alıb. Ona 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub.
Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları işçiləri hadisə yerindədirlər. Partlayışın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, kitab mağazasında qazdan istifadə edilmir. Lakin mağazanın yerləşdiyi ərazidən təbii qaz xətti keçir. Bu səbəbdən mağazada baş verən partlayışa qaz sızmasının səbəb ola biləcəyi ehtimal edilir.
banner

Oxşar Xəbərlər