• şənbə, 20 Aprel, 16:38
  • Baku Bakı 23°C

Azərbaycanda kişi və qadın narkomanların sayı açıqlandı

18.04.14 16:12 1528
Azərbaycanda kişi və qadın narkomanların sayı açıqlandı
14-17 yaşlı iki qız və iki oğlan narkoman qeydiyyata alınıb
Azərbaycanda 2013-cü ilin yekunlarına əsasən, qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2013-cü il tarixə olan məlumatına əsasən, Mərkəzdə 28 min 376 nəfər qeydiyyatda olub.
Keçən il bu göstərici 27 min 910 nəfər olub. 28 min 376 nəfərdən 22 min 533 nəfər dispanser, 5 min 843 nəfər profilaktik qeydiyyatda olan, 756 nəfər anonim müalicə alanlardır. Qeydiyyatda olanlardan 539-u qadın, 130-u toksikoman, 393-ü qadın olmaqla, 20 min 4 nəfəri inyeksion narkotik istifadəçisidir.
2013-cü ildə 1509 nəfər yeni qeydiyyata götürülüb, 1049 nəfər qeydiyyatdan çıxıb.
Yaş qruplarına gəlincə, qeydiyyatda olan narkotik istifadəçilərinin 4-ü (2 qız, 2 oğlan) 14-17 yaş, 8 min 443 nəfəri 18-29 yaş, 14 min 692 nəfəri 30-39 yaş qruplarına daxildir.
banner

Oxşar Xəbərlər