• cümə, 19 Aprel, 11:12
  • Baku Bakı 13°C

Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq

17.04.18 13:17 870
Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq
"Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb".

"APA-Economics" xəbər verir ki, bunu vergilər naziriMikayıl Cabbarovbildirib.

Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır.

"Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir",- deyə nazir əlavə edib.
banner

Oxşar Xəbərlər