• çərşənbə, 24 Aprel, 19:12
  • Baku Bakı 23°C

Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası bu tarixdə açılacaq

10.01.20 13:07 495
Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası bu tarixdə açılacaq
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB Müşahidə missiyasının açılması yanvarın 19-da və ya 20-də planlaşdırılır.
Bunu Trend-ə MDB-nin Müşahidə missiyasının fəaliyyətinin təmin olunması şöbəsindən bildiriblər.
Qeyd olunub ki, MDB-nin icraiyyə komitəsi Azərbaycan hökumətindən parlament seçkiləri üçün dəvət alıb:
"MDB Müşahidə missiyası barədə müddəalara uyğun olaraq biz MDB dövlətlərinə məktublar yollamışıq və missiya üçün namizədlərin təklif olunmasını xahiş etmişik. Missiyanın yanvarın 19-da və ya 20-də açılması planlaşdırılır”.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.
banner

Oxşar Xəbərlər