• cümə, 19 Aprel, 18:12
  • Baku Bakı 24°C

Azərbaycanda keçiriləcək “Dəniz Kuboku-2018”-ə hazırlıq işləri aparılır

21.07.18 12:36 473
Azərbaycanda keçiriləcək “Dəniz Kuboku-2018”-ə hazırlıq işləri aparılır
Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçiriləcək "Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsində zəruri planlaşdırma fəaliyyətləri icra olunub.
Bu barədəAPA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı dəniz poliqonlarının müəyyənləşdirilməsi, ərazinin naviqasiya avadanlığı vasitələri ilə təchizatı, müsabiqə keçiriləcək dəniz rayonlarında və akvatoriyalarda gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlər yerinə yetirilib.
banner

Oxşar Xəbərlər