• cümə, 19 Aprel, 11:35
  • Baku Bakı 13°C

Azərbaycanda kafeni gülləbaran elədilər - Silahlı insident

10.01.14 11:29 1211
Azərbaycanda kafeni gülləbaran elədilər - Silahlı insident
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də saat 22 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsinin ərazisində yerləşən “Duru” kafesinə gələn şəxslər havaya və otaqların tavanına ov tüfəngindən atəş açaraq gediblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb, kafeyə qismən ziyan dəyib.
Hadisə yerinə baxış zamanı 1 ədəd patron və 16 ədəd boş giliz aşkar edilərək götürülüb.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Göygöl şəhər sakinləri Müşfiq Hacıyev, Nuriddin Hacıyev, Gəncə şəhər sakini Azər Əliyev və Bakı şəhər sakini Tahir Rəhimov saxlanılıblar.
M.Hacıyevdən müvafiq sənədləri olan “Sayqa-410 K” markalı silah, güllə darağı və 21 ədəd güllə, N.Hacıyevdən isə müvafiq sənədləri olmayan “Maverlick” markalı ov tüfəngi və 3 ədəd güllə götürülüb.
banner

Oxşar Xəbərlər