AZE | RUS | ENG |

Azərbaycanda istixana bananları yetişdiriləcək

Azərbaycanda istixana bananları yetişdiriləcək
Azərbaycanda bananlara böyük tələbatı nəzərə alsaq, istixana bananlarının yetişdirilməsi kifayət qədər rentabelli ola bilər.
Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
O bildirib ki, ortamüddətli biznes planına əsasən ölkədə istixana bananlarının yetişdirilməsi planlaşdırılır:
"Azərbaycanda bu məhsula bütün mövsümlərdə böyük tələbat olur, ona görə də istehlakçıların marağı ilboyu təmin olunur. Digər tərəfdən, bu ekzotik meyvə növünün Azərbaycanda yetişdirilməsi nəqliyyat və logistika baxımından sərfəli olacaq”.
B.Quliyev əlavə edib ki, ölkənin cənub regionlarında banan yetişdirilməsi üçün müasir texnologiyalar mövcuddur:
"Bir neçə il azərbaycanlı mütəxəssislər ölkədə banan yetişdirməyi təşkil etməyə çalışdılar, amma təşəbbüs uğurlu olmadı. Hesab edirəm ki, indi müasir texnologiyaların istifadəsi və istixana təsərrüfatlarında texnoloji proseslərin düzgün qurulması səmərəli istehsalı və məhsuldarlığı təmin edəcək”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775