AZE | RUS | ENG |

Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması

Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması
Bu mövzuda İşçi Qrupun iclası keçirilib

Ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatını etibarlı şəkildə təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, görüşdə Energetika Nazirinin müavini Samir Vəliyev, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov, "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev, Almaniyanın VPC şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə "Azəristiliktəchizat” ASC-nin Kompleks diaqnostika və tövsiyələrə dair aralıq hesabatı təqdim olunub. Təqdimatda istilik təchizat sisteminin vəziyyəti, əsas fəaliyyət göstəriciləri, itkilərin təhlili, istilik enerjisinin uçotu, AİT istilik enerjisi xərcləri, ətraf mühitə təsir, tariflərin təhlili, istilik təchizatı üçün bərpa olunan enerji, diaqnostika - enerji səmərəliliyi, Bakı İES diaqnostika və alternativlərə dair məlumatlar öz əksini tapıb. Almaniyanın VPC şirkətinin ekspertləri tərəfindən təqdim edilən aralıq hesabatın xülasəsi aktiv müzakirə edilib, görüş iştirakçıları ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə təkliflərin hazırlanmasına dair fikir və mülahizələrini bölüşüblər.
Qeyd edək ki, "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrasına dair Tədbirlər Planı”nın bir hissəsi olaraq, ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupu yaradılıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299