• cümə axşamı, 28 mart, 18:59
  • Baku Bakı 13°C

Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq

12.05.17 13:30 1249
Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə komitə sədriHadı Rəcəbliməlumat verib.
O qeyd edib ki, qanun layihəsi uzun müddətdir Prezident Administrasiya ilə birgə hazırlanır və işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.
4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.
banner

Oxşar Xəbərlər