• cümə, 29 Mart, 01:13
  • Baku Bakı 7°C

Azərbaycanda işıq pulu artırılacaq?

05.03.14 13:44 1365
Azərbaycanda işıq pulu artırılacaq?
Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin paralel ötürülməsini tutan enerji körpüsü layihəsi artıq bu il ərzində işə salınacaq.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev bildirib.
Onun sözlərinə görə, Mingəçevir şəhərindən Gürcüstan sərhədinədək və Gürcüstanda elektrik ötürücü xətlər artıq tam hazır vəziyyətə gətirilib: "Hazırda Gürcüstan-Türkiyə sərhədində işlər aparılır. Fikrimcə, yaxın vaxtlarda bu xətt işə salınacaq".
E.Pirverdiyev Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, "Azərenerji" tərəfindən bununla bağlı Tarif Şurasına təklif təqdim olunmayıb.
banner

Oxşar Xəbərlər