• cümə axşamı, 25 aprel, 17:17
  • Baku Bakı 23°C

Azərbaycanda iş adamını başından bıçaqladılar

12.09.13 08:03 1337
Azərbaycanda iş adamını başından bıçaqladılar
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayının sahibi, iş adamı 60 yaşlı Adil Quliyev sentyabrın 11-də bıçaqlanıb.
Şadlıq sarayı ilə üzbəüz kafedə ona baş nahiyəsindən iki bıçaq zərbəsi vurulub. A. Quliyev dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti orta-ağırdır.
Hadisənin kim və kimlər tərəfindən törədildiyi, habelə baş vermə səbəbi araşdırılır.
Daha bir bıçaqlanma hadisəsi isə Xaçmaz şəhəri, Sabir küçəsində qeydə alınıb. Sabir küçəsi 60 ünvanında yaşayan 22 yaşlı Novruz Ələkbərov bıçaqlanıb. Onun bel və alın nahiyəsinə 2 bıçaq zərbəsi vurulub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər