AZE | RUS | ENG |

Azərbaycanda intiharla bağlı göstərici inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır

Azərbaycanda intiharla bağlı göstərici inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır
Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətdə dəyərlərin içərisindən uzaqlaşmasını göstərib.
O qeyd edib ki, əgər insan bu dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır: "Dünyada hər 40 saniyədən bir kimsə intihar edir. Bu da ən çox inkişaf etmiş ölkələrdə baş verir. Azərbaycanda intiharla bağlı göstərici inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır".
Psixoloq Rafiq Allahverdiyev çıxışında intiharın psixoloji səbəblərindən danışıb: "Bu gün intihar cəmiyyətin əsas probleminə çevrilib. İntihar vəziyyətdən çıxış yolu tapa bilməyən zaman baş verir. Mərkəzində əsasən fərdi psixoloji problemləri durur”.
Psixoloq qeyd edib ki, bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir: "Fərd sosial münasibətlər qarşısında aciz qalır. Kişilər daha çox özünü asmağa üstünlük verir".
O vurğulayıb ki, dünyada intihar xəstəlik və bədbəxt hadisələrdən sonra insan ölümünə görə 3-cü yerdə dayanır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917