• çərşənbə axşamı, 16 aprel, 13:43
  • Baku Bakı 19°C

Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixinə həsr olunan yeni monoqrafiya işıq üzü görüb

17.03.17 10:45 685
Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixinə həsr olunan yeni monoqrafiya işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin elmi işçisi Leyla Səfərovanın "Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” adlı monoqrafiyası işıq üzü görüb.
Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Gahangirov,rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru, professor Adil Babayevdir.
Monoqrafiyada ölkəmizdə günümüzədəkali məktəblər üçün yazılan dərslik və dərs vəsaitlərində, eləcə də tədqiqat işlərində ingilis dilinin qrammatikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalargeniş şəkildə öz əksini tapıb.
Tədqiqat əsərində müəllifilk dəfə olaraq Azərbaycanda ingilis dili qrammatikasının azərbaycanlı dilçilər tərəfindən necə və hansı prinsiplər əsasında yerinə yetirilməsini araşdırır. Eyni zamanda ölkəmizdə ingilis dilinin tədrisi tarixi, qrammatikasının tədqiqinin təşəkkülündə rolu olan dilçilərin fəaliyyətini xronoloji ardıcıllıqla tədqiq edir, o cümlədən Azərbaycanda mövcud olan və uzun illər istifadə edilən keçmiş sovet müəlliflərinin, bəzi dünya dilçilərinin kitablarındakı dil faktları ilə qarşılaşdıraraq müqayisələr aparır.
Yeni nəşr magistrlər, doktorantlar, həmçinin ingilis dilinin nəzəri problemləri ilə məşğul olan hər bir kəs üçün nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər