• cümə axşamı, 28 mart, 21:11
  • Baku Bakı 13°C

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

28.01.21 10:51 363
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
İndiyə qədər Azərbaycanda koronavirusa qarşı 50 minə yaxın vətəndaş peyvənd olunub.
Bu barədəAPA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, onların əksəriyyəti səhiyyə işçiləridir.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Vaksinasiyanın ikinci mərhələsi isə fevralın 1-dən başlanacaq.
Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir.
Azərbaycan COVAX platforması çərçivəsində "Sinovac” şirkətinin 2 milyon doza "CoronaVac” vaksini alacaq. Eyni zamanda, "Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə "Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.
banner

Oxşar Xəbərlər