• çərşənbə, 24 Aprel, 17:12
  • Baku Bakı 27°C

Azərbaycanda ilk: qəbul imtahanlarında helikopter

12.07.13 10:53 1470
Azərbaycanda ilk: qəbul imtahanlarında helikopter
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, helikopterlər vasitəsilə imtahan materiallarının vaxtında yerlərə çatdırılması təmin ediləcək.
N. Babayev qeyd edib ki, bu il də ali məktəblərə qəbul imtahanları bütün yerlərdə saat 11:00-da başlayacaq: “Bu il ilk dəfə olaraq, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göyçay, Şirvan, Lənkəran, Mingəçevir, Qubada keçiriləcək. Paytaxtından yerlərdə keçiriləcək imtahanlarda materialların çatdırılması helikopterlər vasitəsilə həyata keçiriləcək”.
TQDK sədrinin müavini qeyd edib ki, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi zamanı onların yaş qrupları nəzərə alınacaq. 18 yaşına kimi abituriyentlər eyni, 18-20 yaşlı abituriyentlər eyni, 20 yaşdan yuxarı abituriyentlər eyni otaqda yerləşdiriləcək.
banner

Oxşar Xəbərlər