• şənbə, 20 Aprel, 01:10
  • Baku Bakı 15°C

Azərbaycanda ilk qar sürcülərə gərgin anlar yaşatdı

04.12.13 08:37 1587
Azərbaycanda ilk qar sürcülərə gərgin anlar yaşatdı
Şamaxıya ilk qar yağıb.
Trend Kanal S-ə istinadən xəbər verir ki, yağan qar rayon ərazisindəki avtomobil yollarına təsirsiz ötüşməyib. Gecədən yağan qar yolların buz bağlamasına səbəb olub. Bu isə, ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürcülər üçün çətin anlar yaşadıb.
Pirqulu istiqamətində hərkətə olan bütün avtomobillər yoldan qayıdıb. Bəziləri isə gecəni yolda keçirib.
Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 10-15 santimetrdən artıq qar yağıb. Qarın ən çox düşdüyü yerlər Məlhəm, Dəmirçi, Qızmeydan və Pirbəhli kəndləri olub.
Qeyd edək ki, qarın yağmasına baxmayaraq, Bakı-Şamaxı magistralı hərəkətə açıqdır.
banner

Oxşar Xəbərlər