• cümə axşamı, 18 aprel, 15:33
  • Baku Bakı 22°C

Azərbaycanda ilk Latın Amerika Kino Festivalı

10.04.18 15:40 917
Azərbaycanda ilk Latın Amerika Kino Festivalı
Latın Amerika mədəniyyətini və ənənələrini təşviq etmək üçün Azərbaycanda yerləşən Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın diplomatik nümayəndəliklərinin birgə səyi əsasında, Bakıda 2018-ci ilin aprel ayının 16-dan 19-a kimi ilk Latın Amerika Film Festivalı təşkil olunacaq.
Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əhəmiyyətli əməkdaşlığı ilə baş tutan festivalın ilk buraxılışında nümayiş olunacaq 7 film sayəsində Azərbaycan ictimaiyyəti bizim mədəniyyətimiz, həyat tərzimiz və adət-ənənələrimizlə daha yaxından tanış olacaq.
Latın Amerikasının yeni və köhnə adətlərinin uzunmüddətli qovuşması nəticəsində zəngin mədəni irsi var, və bu onun həm mədəni və qastronomik rəngarəngliyində, həmdə tarixi və linqvistik (əsasən ispan və portuqal dilləri istifadə olunur) zənginliyində öz əksin tapır.
Yuxarıda qeyd olunan Azərbaycandakı səfirliklər tamaşaçıları Azərbaycanda keçirilən ilk Latın Amerika Kino Festivalından zövq almaq üçün, bizim mədəniyyətimizlə və tariximizlə daha yaxından tanış olmaq üçün, həyatı yeddinci incəsənət vasitəsilə kəşf etməyə dəvət edir.


banner

Oxşar Xəbərlər