• şənbə, 20 Aprel, 17:22
  • Baku Bakı 23°C

Azərbaycanda ilk “DOST” mərkəzi nə vaxt açılacaq?

18.02.19 14:38 1238
Azərbaycanda ilk “DOST” mərkəzi nə vaxt açılacaq?
Yaxın günlərdə Azərbaycanda ilk "DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi açılacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.
Nazir bildirib ki, mərkəzdə "bir pəncərə" prinsipi ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində 124 xidmət göstəriləcək: "Perspektivdə ölkədə 31 "DOST" mərkəzinin açılışı nəzərdə tutulur".
Qeyd edək ki, ilk "DOST” mərkəzi Yasamal rayonunda açılacaq. Ümumilikdə cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər