• çərşənbə axşamı, 23 aprel, 16:25
  • Baku Bakı 24°C

Azərbaycanda ilk dəfə NET Developerlər Konfransı keçiriləcək

15.11.19 15:06 854
Azərbaycanda ilk dəfə NET Developerlər Konfransı keçiriləcək
Noyabrın 23-də ADA Universitetində "DOTNET KONF” Azərbaycan konfransı baş tutacaq.
Bu barədəAZƏRTAC-a konfransın təşkilat komandasından bildirilib.
Məlumata əsasən, konfransın məqsədi yerli IT ekosisteminin nümayəndələrini bir araya toplamaq, proqramçı mütəxəssislər və proqramlaşdırmaya yeni başlayanlar arasında əlaqə yaratmaq, bu sahənin ən son yeniliklərini və trendlərini araşdırmaq, ölkənin informasiya texnologiyaları bazarının və kadr potensialının inkişafına təkan verməkdir.
Bir qrup yerli proqramlaşdırma mütəxəssisinin təşəbbüsü, "Microsoft Azerbaijan”, "TayqaTech” və "Kibrit.Tech” şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə 250 nəfərin iştirakı və 7 spikerin çıxışı nəzərdə tutulub. Konfransın işçi dili azərbaycan dilidir.
Dünyanın əksər ölkələrindən çoxsaylı proqramçı auditoriyasını öz ətrafında birləşdirən NET Developerlər konfransının Azərbaycanda da illik olaraq keçirilməsi planlaşdırılır.
Daha ətraflı məlumatı konfransın rəsmi saytından əldə etmək olar: "https://dotnetkonf.az/”
banner

Oxşar Xəbərlər