• cümə, 26 Aprel, 23:47
  • Baku Bakı 22°C

Azərbaycanda ilanları zərərsizləşdirə bilən mütəxəssislər hazırlanır

05.08.17 14:00 1003
Azərbaycanda ilanları zərərsizləşdirə bilən mütəxəssislər hazırlanır
Hər il yaz-yay mövsümündə ilanların təbiətdə fəallığının artması, digər tərəfdən insanların təsərrüfat işlərinin apardığı və istirahət etdikləri ərazilərdə ilanlara rastgəlmə hallarının intensivləşməsi ilansancmaların artmasına səbəb olur. Ona görə də əhalinin təhlükəsizliyini təmin etmək üçün hər zaman ilanlara nəzarət edilməsinə, insan olan ərazilərin ilanlardan təmizlənməsinə ehtiyac yaranır. Bunu nəzərə alaraq ilanlarla bağlı xidmətin göstərilməsi üçün müvafiq sahədə xüsusi bacarığı və təcrübəsi olan mütəxəssislərin sayının artırılması vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov "Azərsun Holding”in sanitar epidemioloq əməkdaşlarına bu şirkətə məxsus obyektlərin ərazilərində ilanlara qarşı təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçün serpentoloji xidmət üzrə təlim keçib.
Zoologiya İnstitutundanAZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd ilanların zərərsizləşdirilməsi üçün xüsusi mütəxəssislərin hazırlığına yardım göstərmək olub. Bir ay davam edən təlimlər nəzəri və praktik hissələrdən ibarət olmaqla, bir neçə mərhələdə keçirilib. Nəzəri hissədə əməkdaşlar ilanlar, onların həyat tərzi, yaşayış yerləri barədə məlumatlarla tanış olublar. Onlara ilanlara qarşı təhlükəsizlik xidmətinin mahiyyəti, növləri və icra edilməsi qaydaları haqqında məlumat verilib, praktik məşğələlər keçirilib. Həmçinin təlimdə iştirak edənlər Qobustan ərazisində ilanların təbii yaşayış yerləri və antropogen (insan yaşayan yaşayış məskənlərində ilanların rast gəlindiyi yerlər) biotoplarla əyani olaraq tanış olublar. Bu məşğələlər Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində də davam etdirilib.
Sonda imtahan verərək müvafiq balı toplayan "Azərsun Holding”in əməkdaşlarına sertifikatlar təqdim olunub.
banner

Oxşar Xəbərlər