• cümə, 19 Aprel, 05:08
  • Baku Bakı 18°C

Azərbaycanda iki bacını maşın vurub

09.10.13 11:24 1114
Azərbaycanda iki bacını maşın vurub
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhərinin ərazisində müəyyən edilməyən avtomaşınla yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minə vurulub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır
banner

Oxşar Xəbərlər