• cümə, 26 Aprel, 10:19
  • Baku Bakı 12°C

Azərbaycanda icra oluna bilinməyən ürək və damar əməliyyatı yoxdur

08.06.19 19:47 641
Azərbaycanda icra oluna bilinməyən ürək və damar əməliyyatı yoxdur
Hazırda Azərbaycanda icra oluna bilinməyən ürək və damar əməliyyatı yoxdur. Dünyada həyata keçirilən bütün ürək və damar əməliyyatları ölkəmizdə azərbaycanlı mütəxəssislər tərəfindən uğurla icra olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, iyunun 7-də "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi işə başlayıb. Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 15 ölkəsindən 400-dək kardioloq və kardiocərrah iştirak edir. Konqres işini iyunun 9-da başa çatdıracaq.
banner

Oxşar Xəbərlər