• cümə axşamı, 18 aprel, 11:07
  • Baku Bakı 12°C

"Azərbaycanda icbari tibbi sığorta mərhələli, yaxud birdəfəlik tətbiq oluna bilər"

14.06.18 14:48 689
"Azərbaycanda icbari tibbi sığorta mərhələli, yaxud birdəfəlik tətbiq oluna bilər"
"Biz Yevlax, Mingəçevir və Ağsunun timsalında icbari tibbi sığortanın uğurlu olması qənaətinə gəlmişik. Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta bütün ölkə miqyasında həyata keçiriləcək".
APA-nın məlumatına görə, bunu baş nazirin müaviniƏli Əhmədovbildirib.
Ə. Əhmədov deyib ki, icbari sığortanın hər bir rayonda həyata keçirilməsi üçün lazımi baza yaradılır: "PayızdaMilli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar, qanunlara dəyişikliklər təqdim ediləcək. Bu qanun layihələri qəbul olunduqdan sonra Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Pilot layihələr icbari tibbi sığorta ilə bağlı bir mərhələdir. İndi biz ciddi şəkildə icbari tibbi sığortanın birdəfəlik, yaxud bir neçə mərhələ olmaqla bütün Azərbaycanda həyata keçirmək üzərində düşünürük. Güman edirəm ki, hər iki variant məqbul sayıla bilər. Çalışacağıq ki, səhvə yol vermədən və səmərəli şəkildə çox yaxın illər ərzində Azərbaycanda icbari tibbi sığorta həyata keçirilsin".
banner

Oxşar Xəbərlər