AZE | RUS | ENG |

"Azərbaycanda icbari tibbi sığorta mərhələli, yaxud birdəfəlik tətbiq oluna bilər"

"Biz Yevlax, Mingəçevir və Ağsunun timsalında icbari tibbi sığortanın uğurlu olması qənaətinə gəlmişik. Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta bütün ölkə miqyasında həyata keçiriləcək".
 
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib. 
 
Ə. Əhmədov deyib ki, icbari sığortanın hər bir rayonda həyata keçirilməsi üçün lazımi baza yaradılır: "Payızda Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar, qanunlara dəyişikliklər təqdim ediləcək. Bu qanun layihələri qəbul olunduqdan sonra Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Pilot layihələr icbari tibbi sığorta ilə bağlı bir mərhələdir. İndi biz ciddi şəkildə icbari tibbi sığortanın birdəfəlik, yaxud bir neçə mərhələ olmaqla bütün Azərbaycanda həyata keçirmək üzərində düşünürük. Güman edirəm ki, hər iki variant məqbul sayıla bilər. Çalışacağıq ki, səhvə yol vermədən və səmərəli şəkildə çox yaxın illər ərzində Azərbaycanda icbari tibbi sığorta həyata keçirilsin".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000