• cümə, 19 Aprel, 05:03
  • Baku Bakı 18°C

Azərbaycanda hərbi xidmətə çağırışda yeni texnologiya

15.06.13 10:38 1599
Azərbaycanda hərbi xidmətə çağırışda yeni texnologiya
Azərbaycanda hərbi xidmətə çağırış sistemində yeni texnologiyanın tətbiqi planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən üzərində iş aparılan layihə reallaşdıqdan sonra çağırışçılara düşdükləri hərbi hissələr barədə məlumatlar SMS vasitəsi ilə veriləcək. SMS bildirişlər çağırışçının və ya onun valideyninin mobil telefonuna göndəriləcək.
Müvafiq layihə hökumət tərəfindən dəstəklənir.
Bununla yanaşı, çağırışçılar Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin internet saytında yaradılan bölmədən də öz xidmət yerlərini müəyyənləşdirə biləcəklər.
banner

Oxşar Xəbərlər