• çərşənbə, 17 Aprel, 03:07
  • Baku Bakı 14°C

Azərbaycanda hərbi təlim poliqonunda partlayış: yaralı var

27.05.13 10:03 1560
Azərbaycanda hərbi təlim poliqonunda partlayış: yaralı var
Bakıda təlim poliqonunda partlayış olub.
APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb.
Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin yaralanması faktını təsdiqləyib.
Qeyd edək ki, V. Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
banner

Oxşar Xəbərlər