• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Azərbaycanda hərbçi yol qəzasında dünyasını dəyişib

19.08.13 08:12 1084
Azərbaycanda hərbçi yol qəzasında dünyasını dəyişib
APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 07.00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “VAZ 21010” markalı minik maşını ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində minik maşının sürücüsü, 1985-ci il təvəllüdlü Heydərov Hafiz Ənvər oğlu dünyasını dəyişib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maşında sıxılmış vəziyyətdə qalan meyiti çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, H. Heydərov Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edirmiş.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər