• cümə axşamı, 25 aprel, 17:21
  • Baku Bakı 23°C

Azərbaycanda hazırda 5 toxumçuluq müəssisəsi tikilir

07.08.18 15:00 532
Azərbaycanda hazırda 5 toxumçuluq müəssisəsi tikilir
Azərbaycanda hazırda 5 toxumçuluq müəssisəsi tikilir. Onlardan 2-si bu il, 3 müəssisə isə növbəti ildə istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bu sözləri avqustun 7-də "Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Nazir müavini qeyd edib ki, respublikamızda bu istiqamətdə Toxum Fondu yaradılıb, nizamnamə kapitalı müəyyənləşdirilib.
Müşavirədə respublikada toxumçuluğun mövcud vəziyyəti, provlemlər və qarşıda duran vəzifələr, toxumçuluğun elmi əsaslarla inkişafı, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, dövlət sort sınaq məntəqələrində aparılan sınaqlar və onun nəticələrinin təhlili məsələləri müzakirə olunub.
Respublika müşavirəsində Nazirliyin Mərkəzi Aparatının, Dövlət Xidmətinin mərkəzi və yerli qurumlarının nümayəndələri, özəl və dövlət toxum istehsalçıları iştirak ediblər.
banner

Oxşar Xəbərlər